Avqustda belə hava axırıncı dəfə... - ETSN-DƏN AÇIQLAMA

Paylaşın
Daxil et
  • Tarixində dərc edildi 8 Avq 2019
  • Ölkə ərazisində, o cümlədən paytaxtda avqust ayına uyğun olmayan hava şəraiti müşahidə olunur.
    APA TV-yə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev hazırda Bakıda və Abşeron yarımadasında temperaturun 27-29 dərəcə arasında dəyişdiyini, bunun da iqlim normasından 2 dərəcə aşağı olduğunu bildirib: “Müşahidə olunan hava şəraiti avqust ayı üçün səciyyəvi deyil, çünki adətən belə temperaturu biz sentyabr ayının birinci 10 günlüyün sonu və ikinci on günlükdə müşahidə edirik. Avqust ayı ən isti aylardan biridir. Avqust ayında qızmar və yüksək temperatur müşahidə olunur, 35 dərəcədən yüksək temperatur qeydə alınır. Avqust ayının birinci on günlüyündə hava şəraitinin sərin keçməsi ilə bağlı aylıq hava proqnozunda da qeyd olunub”.
    Bu cür hava şəraitinin bu gün və sabah da davam edəcəyini bildirən baş hidroloq avqustun 9-u və 10-u üçün xarakterik olan hava haqqında məlumat verib: “Bakıda və Abşeron yarımadasında avqust ayının 9-da hava şəraitinin dəyişkən olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Eyni zamanda şimal-qərb küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 29-30 dərəcə gözlənilir. Avqust ayının 10-da isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur bir qədər yüksələrək gündüz 30-35 dərəcə isti olacaq”.
    Bölgələrə gəlincə isə A. Verdiyev gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacağını bildirib: “Lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Aran rayonlarında 31-36 dərəcə, dağlıq ərazilərdə isə 19-24 dərəcə isti gözlənilir”.
    Baş hidroloq sel təhlükəsindən danışıb: “Yağıntıların əsasən şimal-şərq rayonlarında gözlənilməsi ilə əlaqədar əsasən Quba-Xaçmaz və Lənkəran Astara bölgəsinin ərazisindən axan çaylarda sululuğun artımı gözlənilir”.
    A. Verdiyevin sözlərinə görə, Bakıda və Abşeron yarımadasında avqust ayında sonuncu dəfə bu cür yağıntılı hava şəraiti 2009-cu il və 2013-cü ildə müşahidə olunub.

    Rəsmi saytımız
    www.apa.tv
    APA TV onlayn xəbər agentliyinin rəsmi AZclip kanalı
    azclip.net/user/APATVOfficial
    Facebook səhifəmiz
    facebook.com/tvapaxeber
    İnstagram səhifəmiz
    instagram.com/apatvofficial_

    Video Adı: Avqustda belə hava axırıncı dəfə... - ETSN-DƏN AÇIQLAMA
    Video Link: azclip.net/video/6GsBjgSowpI/video.html
    apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2019 son xeberler 2019 son xeberler bugun 2019 yeni xeberler 2019 en son xeberler 2019 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberin yox xeberler 2019 xeberin olsun xeber var xeber az xeber movqeyi xeberler 2019 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2019 yeni xeberler azerbaycan
    #apa #apatv #apaaz #apaxeber #apasonxeber

Şərh • 10

  • Ceyran Huseynova
    Ceyran Huseynova 9 gün əvvəl

    Yagışı cox sevirem gözel görünür pencerede oturub cay iceice seyr edirem yagsın❤👍👍👍

  • Rovsen Rovsen
    Rovsen Rovsen 10 gün əvvəl +1

    Allah qorusun Dogrusuni Alllah bilir.

  • Nagi nagiyev
    Nagi nagiyev 11 gün əvvəl +1

    Amerkanin iwidi😀

  • R R
    R R 12 gün əvvəl +2

    Zəmanəmiz batsın.........hər şeyi siyasətə çevirmik...hətya bu hava proqnozunu...Allahın işinə də qarışırıq.

  • Akbar Mammadli
    Akbar Mammadli 12 gün əvvəl +1

    Bele getse Havada Bu olkeden Rusvet isteyecek esasende GUNESS

  • aydan şebiyev
    aydan şebiyev 13 gün əvvəl +8

    Elebil qişdi deyir 2 derce aşaqidi😅😅😅😅men qutqa geyib otumusam

    • Musa Zeynalov
      Musa Zeynalov 12 gün əvvəl

      Yeni

    • feedan baira 2fan
      feedan baira 2fan 13 gün əvvəl

      2dərəcə normal havadan aşağıdı 28 dərəcə deməli normalda 30 dərəcə olmalı idi

  • Kamil Kamil
    Kamil Kamil 13 gün əvvəl +4

    Məndə telefonda 24 dərəcə göstərirdi.Günəşdə yəqin pul istəyir🤣