BadClause - "Sonuncu səhifə"

Paylaşın
Daxil et
  • Tarixində dərc edildi 5 İyl 2019
  • BadClause - "Sonuncu səhifə" (Official Music Video)
    - MP3: bit.ly/2RQCG8w
    - Lyrics: lyrics.badclause.com/sonuncusehife
    ***
    Audio by BadClause performing "Sonuncu səhifə" © 2019, Noise Agency.
    Directed by: Farman Bashirli
    Editing: Miri Ahmed
    Art director: Miri Ahmed
    Lyrics: BadClause
    Instrumental: BadClause
    Mix&mastering: BadClause
    Skit: Ismael Khanlar
    Piano & Electric Guitar: Shahin Alizadeh
    Acoustic Guitar: Taleh Gahramanov (Talo)
    Chorus Vocal: Zaur Karimi
    Back Vocal: Shahin Alizadeh
    Project Manager: Agarza Dadashov
    Recording Studio: Noise Rec.
    Presented by: Noise Agency & BadClause Society
    Executive Producer: Agarza Dadashov
    Web Developer: Agarza Dadashov
    Web Content Manager: Zaur Ali, Emil Musayev
    *Tərəfimizə aid olan parçaların AZclip üzərindən hansısa kanala yüklәnmәsi vә ya hәrhansı portal yaxud saytda qeyri-qanuni paylaşılması qәti qadağandır. Әks tәqdirdә müәllif hüquqlarını tapdalayan kәs mәsuliyyәt daşıyacaqdır. © WediaCorp Music
    "BadClause" etiketli məhsullar;
    - shop.badclause.com
    Rəqəmsal platformalar:
    - iTunes: apple.co/2xtYvBJ
    - Spotify: spoti.fi/2QM4rxS
    Keçidlər:
    - badclause.com
    - vk.com/badclausemusic
    - azclip.net/user/badclausemusic
    - twitter.com/badclausemusic
    - facebook.com/badclausemusic
    - instagram.com/badclause.original
    - soundcloud.com/badclausemusic
    Noise Agency © 2019
    All rights reserved © 2019, WediaCorp Music Company
  • MusiqiMusiqi

Şərh • 985

  • Sebine Alieva
    Sebine Alieva Gün əvvəl

    Nece yeni artig BADCALUSE dinliye bilmiyecem?😔😢

  • Sebine Alieva
    Sebine Alieva Gün əvvəl

    Bezileride xirda seylere derd deyir

  • Eli Sefa
    Eli Sefa Gün əvvəl

    Biri lyrics-i atsin bura, ruhumuza sheir sepey..

  • jaweed122 ali
    jaweed122 ali Gün əvvəl +1

    Hani youtubda porno yoktu!

  • DramalPg Officiial
    DramalPg Officiial Gün əvvəl

    Can şair, yenədə yaz xayiş, super trecklərin var, son demə ardı gəlsin zəhmət olmasa.

  • Minnow İbadzade
    Minnow İbadzade Gün əvvəl

    Burnundan gelsin sura😏😏😏

  • k_pop_ k_drama
    k_pop_ k_drama Gün əvvəl

    Əla👍

  • Nigar Nizami
    Nigar Nizami Gün əvvəl +1

    Ən başından səhv məndə idi, günah məndə,
    Ağladığı`mı görməyənə gözüm gələr quraq əlbət.
    Ruhuma ağrı verir, çoxdandır bu sual məndə,
    Haqqımı niyə tapdaladı və niyə incidi Sura məndən?
    Mən o qızı sənətçi eliyib əl işlərinə kömək edəcəkdim.
    İçimdə kin yox idi vallah təkcə kömək edəcəkdim.
    Necə düşünə bilmişdi, bunları nəyəsə görə edəcəyimi,
    Axı heç kimi yox idi, ona etməyib kimə edəcəkdim?
    Arada sevgi qırağa, halal zəhmətimi yerə vurdu,
    Bilmədim 5 ay sonra məni egosuna kölə edəcəyini.
    Məhşur olmaq istəyirdin, istədiyin yerdəsən.
    Və bunun təşəkkürünü heç kimə yox mənə edəcəkdin.
    Evinə pul qazanmaq üçün fağır qalmışdı aralarda,
    Studiyaya gətirdim səni yığıb toyxanalardan,
    Ki, qazan əlin-ayağın təmiz, axı nə işin var oralarda?
    … (nəfəs) nəysə, arada keç buralardan.
    … sənsiz keçir iyirmibeşlərim,
    Unutdun hər şeyin olan adamı saydın indi heç nəyin.
    Ruhunu kinlə bəsləyib, məhv edə bildin hər şeyi,
    Arada hörmət qaldı, gözlədin onun da itməyin.
    O vaxtkı kimi durğunuq hələ də, tənha çaylar kimiyik,
    Qış günündə çıxan günəş, yayda yanvar kimiyik.
    Bir vaxt aldığımız hər nəfəsdə bir yerdəyik,
    indi tamam yad insanlar kimiyik.
    Xeyli günahkar idin deyə, mən sayırdım hər nazın eyib,
    Daha keçmirəm həmin küçədən, ayaqlarım razı deyil.
    Sevgi sanırdım intahası deyil, hisslərin ən azı heyif,
    Yüzdən biri qalır sənlə “yanındayam”-ı hamısı deyir.
    … baxışlarıma qəm çökür hərdən,
    Ayaq izləri seçildi gözlərimdən nəm çəkiləndə.
    Səni bircə gün görməyəndə, nə qədər çox darıxırdım,
    Beş aydır danışmırıq, gör ki, indi nələr çəkirəm mən.
    Bəlkə də bu həsrətimə əlacdı bir səs,
    Hələ də yolunu gözləyir həyəcanla, təlaşlı bir kəs.
    Nə vaxtsa keçər canımın ağrısı amma sağalmır hisslər,
    Bütün doğrularımızı öldürdü ən adi bir səhv.
    Dama-dama gölməçə oldum, tüstüyə satıb gül iyini,
    Aylardır közərdiyim ocaqda, daha təkcə kül idim.
    Həmişə yanımda olduğunu düşündüyüm biri var idi,
    Onun da son danışığı başqa cür idi.
    … süzülür qəm sətirə,
    Gördüyüm hər insafsızı nədənsə sənə bənzədirəm.
    Çatdın axır məqsədinə, səni qəm, məni yadlar aldı,
    Bu qədər yaxşılıqlar edib, pis biri kimi yadda qaldım.
    … bir ümid çırağım sönürdü hər gün,
    İçkinin təsiriylə başqa birinə dönürdüm hər gün.
    Həminki adam ola bilmərəm artıq,
    Sizin yaşadığınız şeirlərdə mən ölürdüm hər gün.
    Chorus (x2):
    Məni boğur bu şəhər, bu insanlar,
    Məni yorur bu şeir, bu misralar.
    Gedirəm bir sabah qayıtmamaq ümidiylə,
    Gedirəm, əlvida, yola salanlara sevgiylə.

  • Nigar Nizami
    Nigar Nizami Gün əvvəl +1

    Verse 1:
    … deyəsən özümdə deyiləm,
    Sonuncu səhifədəyəm, amma heç bir ümiddə deyiləm,
    Əvvəl ömür-günün idim, indi könlündə deyiləm.
    Sənlə ağlaram amma inan güləsi gündə deyiləm.
    Qayıdacam hər şeyin əvvəlinə - 2014-ə,
    O vaxtkı ruh və görkəm öz yerində, yox kölgəm.
    Əriyib sönmüşəm… qucaqla məni möhkəm,
    Rədd olub gedək burdan, yoxsa bizi anlamaz bu ölkə.
    Bu gün qəlbimə yatan hər kəs sabah gözümdən düşür,
    Nə qədər uzaq olsaq da məni həmişə özünlə düşün.
    Həmişə yanındayam, qulaqcığında, dar anındayam,
    Geridə bir il qalıb, dörd ildir ki, yollarındayam.
    Neçə belə 25-lərə, neçə belə 9 dekabr-lara,
    Neçə belə 19-lara, neçə belə əlvidalara.
    Qəlbi dağlaram, bir axmağam, şeirlər ərmağan,
    Məhv olmuşam artıq, güc yoxdur namə yazmağa.
    Mahnılar kömək deyil, nə şeir dəftəri,
    Canımı alan misralar, məlhəmi qırıq qəlblərin.
    Bir vərəq üstündə min bir ürəyə çarə tapan mən,
    Bu gün tənha qalmışam və hisslərim qəfəsdədir.
    Zibil… dolmuşam yenə,
    Yazıb qəlbi boşaldıram, ruhu boğmuşam qəmə.
    Mən nifrətə yaraşan hər hissi borcluyam sənə,
    Bəlkə də bir gün unuda bilərəm səni, yoxlayam gərək.
    Ölümə atdığım ilk addım sənə aşiq olmaq idi,
    İkinci addımda özgələrini sən saymağı bildim.
    Ən böyük arzum nə vaxtsa şair olmaq idi,
    Şair oldum, qaldı şeirə layiq olmaq indi.
    Demə ki, “səni sevə bilmirəm”, necə yəni “narahat olma mənə görə”,
    Mən itirdiyim hissləri geri qaytarmışdım sənə görə.
    Aramızı vuran hər bir kəs aramızdaymış səndemə,
    Özgəsi gözlərini silməsin, ağlasan mənə görə.
    Bir təhərdi məni görən, dərd olurdu hər ağlamağım,
    Səsinə möhtac olmuşam, susmağınsa güldən ağır.
    Bir əldə çaxır, o biri əldə qələm, vərəq darmadağın,
    Bircə qalan qəlbim idi onu da məndən aldın axır.
    … sonuna çatır başladığımız hər yol,
    İndi qırılıb qol qanadım, sənsə məlhəmimə dərd ol.
    Qopar məni bu boz şəhərdən, apar ruhu qürbətə,
    Üzümü güldür ayaq açıb qaçsın bu kədər qəflətən.
    Mən zəhərə şərbətəm, sən isti ürəyə soyuq yağış,
    Mən günəşdə zülmətəm, sən aylı gecədə yuxuma qarış.
    Əlinə kimsə toxunmamış, qayıt gəl ki, bir qocalaq,
    Bu atəş səmaya qalxmamış, səpdin kül ocağa.
    Qəlbim həmənki bədbindi, baxmadı xoş gün dadına,
    Göz yaşıyla doğulan ümidi, dəfn edirəm külqabına.
    Bəlkə səni bağışlamaqçün ikinci bi üz tapılar,
    Özünü görməyə həsrətəm deyə şəklinə gül uzadıram.
    Dedi ki, tale ayırsa bizi, qara bəxtimi süz yazına,
    Sənə qismət olan məhəbbət, dərddir yüz qadına,
    Şeirlərimi düz saçına, bir gün ölsə bədahətim,
    Onsuz bu sərxoş halım, cana min bir bəla gətirib.
    Hər gün ayrı içki masası, hər gün ayrı təbəssüm,
    Hər gün ayrı sifət görürəm, hər gün ağrı və hər gün,
    Ayrı bir hala düşürəm, ayıla bilmirəm heç səhəri gün,
    Bütün olanlar isə cəmi bir-iki rumka zəhərçün.
    Özümə hakim ola bilmirəm, özü də sanki rola girmişəm,
    Nifrət edirəm özümə, necə belə məhv ola bilmişəm?
    Yazmaq istəyirəm, fikir bir yerə cəmlənmir,
    Ağ vərəqdə yoxa çıxıram və gedən nəfəs gəlmir.
    Nə qazanmaq, nə itirməyə dəyməz heç kimi,
    Kibirlə məhəbbət eyni qəlbdədirsə, keçməz heç kinin.
    heç vaxt… gələcəyim olaraq gördüyüm biri,
    Bu gün gözümün önünə gəlir keçmişim kimi.

    • Nigar Nizami
      Nigar Nizami Gün əvvəl

      Adına sətir düzdüyüm, bəndimə kin bəsləyir indidən,
      İlk görüşdə aşiq olub nifrət edir ikincidə.
      Ömür relsləri üstündə son qatar mən, ilki sən,
      Sən də çıxıb getsən əgər bu göz yaşımı kim silər?
      Verse 2:
      Çox tez böyüdüm, ağrılar keçəcək sandım,
      Səni silməyə çalışır gəlib həyatıma girən hər qadın.
      Dünən ümid paylayan, sabah eşq dinlənər yardım
      Edənin olmaz onda ömürdən gün dilənər saatın.
      Bu gün yaxşı ki, varam, amma sabah olmasam nə olacaq?
      Yolumu gözləsən də gözlərində nəm çoxalacaq, o dolacaq.
      Onda gedəsi yerin olmaz, ölsən də ömür heç olar,
      İnan ki, üzr istəməkçün belə həqiqətən gec olar.
      Xoş gəlsə də hər dəfəsində üzünü görmək,
      Səndən uzaq durub, gündə birinin açardım örpəyin.
      Qırardım bütün qəlbləri, bir günlük sən olardım mən,
      Onda bilərdin ki, nə deməkdir sevilmədən ölmək.
      Hələ də bilmirəm ki, doğrun hansı, yalanın hansı,
      Hər sözünü həqiqət sayıb, yanaşmadım müəamma ilə.
      Yox əgər yanılıramsa, yaxşı onda durub izah elə,
      Hansı cəhənnəmdədir bəs xəyalını qurduğumuz ailə?
      Dolur risalə, qəmlə sonu,
      Səhvən itirdim ömrümün yeddi ayını sənlə olub.
      Böyük sevgimiz var idi, məhv elədin qəsdən onu,
      Halbuki, unuda bilərdin aramızda hər nə olub.
      Yenidən gəlmişəm bax həmin ünvana qızılgül dərib,
      Adını soyuqluq qoyub axtarmadın düz on gün məni.
      Hətta xəyanət etdiyimi düşünüb, üzümə gülmədin,
      Axı incidə bilməzdim onun-bunun qızıyçün səni.
      Yox uzun müddətim, qarışacam izsiz qeybə,
      Məni tanıya bilmədin, kibir-kinsizəm, siz deyiləm.
      Sənsizliyi yaşasam belə, mənliksiz deyiləm,
      Düzü hər kəsdən məhrumam, amma heç kimsiz deyiləm.
      Nəysə, uzaqda bəzi dost dediklərin,
      Fağırın süfrəsinə, ac qarına gedir tox dediklərin.
      Eyib bir az səndədir ki, sənə nankor dediklərin,
      Kar-kor, eşitmədin, nə görmədin, nə pox yediklərin.
      Yenə həmənki gün olsaydı, güzəran olsaydı,
      Ağarza kimi qardaş, şeir gözlü gözəl yar olsaydı.
      Səbəbsiz getdilər, kimləri ki, mən ailəm saydım,
      Artıq intihar eləmişdin, yerimdə sən olsaydın.
      Əvvəl sevgidən yazırdım, indi şeirim əsəbdən,
      Əvvəl `məni pis edən şeylərə indi sevinirəm hərdən.
      Dəyişirəm əldən-əldə dolandıqca sevgi-məhəbbət,
      Ürək elə hey deyir ki, hər axşam-səhər içib zəhərlən.
      Özündən uzaqlaş bir az, kim qalacaq sənlə?
      Düşün, sənlə olan gün gələcək köz basacaq qəlbə.
      Sonda unudulacaqsan və bircə hiss qalacaq səndə,
      Ki, sev`məyə dəyməz heç kimi eşqin sanaraq həm də.
      Heç kim səndən biri deyil, hər kəs özgədir,
      Və illər ötüb keçdi, kül oldum altında közlərin.
      Gözlərim yolunda qaldı, yox dəvası özləmin,
      Ən çox özüm üçün darıxıram, inan, boşdur özgəsi.
      Bəlkə bir-iki söz bəsimdi, görənə qədər kölgəsin,
      Məni tərk edən kəslərin, dönməyə yoxmuş öhdəsi.
      Vicdansız valideyn kimi. - özgə qapıya atar körpəsin,
      Bu qədər kor ola bilməz insan ki, övladını görməsin.
      Mən nə qəddarlıqlar gördüm, nə yalanlar gördüm,
      Dost ölən vaxtı, vecsiz olub sağ olanlar gördüm.
      Bir qıza görə artistlik edən nə oğlanlar gördüm,
      Kiçik dərəyə rast gələndə dağ olanlar gördüm.

  • Rana Huseynova
    Rana Huseynova Gün əvvəl +1

    Səndə çıxıb getsən əgər bu göz yaşımı kim silər🥀🖤

  • Reqsane Bewirova
    Reqsane Bewirova Gün əvvəl

    Heyatda insani cox sey yorur. Elvida desende ayrila bilmirsen . Heyat cetindi. Super rep deyr. Awiqem 10 deqenin gozeliyi

  • jaweed122 ali
    jaweed122 ali Gün əvvəl +1

    Getməə şaiir!!!!

  • M. S
    M. S Gün əvvəl

    Xaiş videonu yükləmək üçün açığ qoyun.

  • M. S
    M. S Gün əvvəl

    6:26 bizim kollecdə çəkilmişdi bu hissə.konsertində məndə orda idim.

  • elvhin
    elvhin Gün əvvəl +1

    Bu rap Sura İsgenderliye gönderilib

  • Nurlan Eliyev
    Nurlan Eliyev 2 gün əvvəl +2

    Butn heyatmı deyişdirdin indi bilirem ki deymez heçneye heçbi eclav üçün deymez tekce sen biz anlıyırsan çox sağol

  • Nurlan Eliyev
    Nurlan Eliyev 2 gün əvvəl +2

    İnanın ki 16 ildi içime yığdım göz yaşlsarnı bu mahnda tökdüm .
    Super alnı men hele bugun qulaq asa bildi

  • Uğur Həsənov
    Uğur Həsənov 2 gün əvvəl

    10 dəqiqə bu o deməkdir ki hər bir kişinin həyatını məhv edən mütləq bir qadın olur ... Yaxşı olar və olacaqda ..

  • Gunay Melikova
    Gunay Melikova 2 gün əvvəl

    Hec bir gadin hec bir ksinin heyatindan ele bele bos bosuna getmez...Yenede en dogrulari allah biler

  • Nail Verdiyev
    Nail Verdiyev 2 gün əvvəl

    Bu track bu baxışa layiq deil heyf Şair layiq olduğun yerde dırmıxlardı ne bilim 😏

  • Gunay Melikova
    Gunay Melikova 2 gün əvvəl

    Super bravooo...coox beyendimm..

  • Gunay Melikova
    Gunay Melikova 2 gün əvvəl

    Ayda sen ne ici zengin bir insan imissen...cccooox sevdim seni heguggetennn

  • User User
    User User 3 gün əvvəl

    Yaşananların ve yaşananmayanların terennűmű.
    Sen yeganesen,şair.

  • rap f
    rap f 3 gün əvvəl +1

    -Əlvida!😔 Azrep bir əfsanənidə itirdi

  • angel english
    angel english 3 gün əvvəl

    Cannnnnn😢

  • angel english
    angel english 3 gün əvvəl

    Offff yixdin meni onsuz sevgi bir guldur ortasi verguldur bawi nida sonu elvidaa😢

  • Parviz Mammadov
    Parviz Mammadov 4 gün əvvəl +1

    🚬

  • Ramiz Quliyev
    Ramiz Quliyev 4 gün əvvəl +2

    Sozleri adama tesir edir. Bu sozler bizim heyatimizda baw veren hadiselerdi.. cox tesirlidi. Halaldi qaqaw

  • İmanova Qonce
    İmanova Qonce 5 gün əvvəl +1

    '- Heyif çox heyif... Yıxıldım...

  • Elkhan Slm
    Elkhan Slm 5 gün əvvəl +1

    Sura : Sonumu var?

  • Ayten Aliyeva
    Ayten Aliyeva 5 gün əvvəl

    Sura dedi axrda? Və sura idi o qız videoda ki.

  • Səkinə Musayeva
    Səkinə Musayeva 5 gün əvvəl

    Üzünü görməyə həsrətəm deyə şəklinə gül uzadıram🖤🥀

  • Hileli Adam
    Hileli Adam 5 gün əvvəl

    Bomba kimi🤘

  • Rahim_V. Cabbarov
    Rahim_V. Cabbarov 5 gün əvvəl

    soz klass treck zeifdi

  • Nika Aliyeva
    Nika Aliyeva 6 gün əvvəl +1

    Gedənlərdən danışıb, gedənlərdən oldun üsdad. Əlvida şair...🍷🌙

  • İlkin Aliyev
    İlkin Aliyev 6 gün əvvəl +3

    Getmə Şair Nə oLar dön geri #09 🖤🚬

  • İlkin Aliyev
    İlkin Aliyev 6 gün əvvəl +1

    O şhekil 💔💔💔💔

  • Qss Wss
    Qss Wss 6 gün əvvəl

    Sen bu işin ən yaxşısısan.

  • Qss Wss
    Qss Wss 6 gün əvvəl

    Sen bu işin ən yaxşısısan Miri.

  • Deniz :
    Deniz : 6 gün əvvəl +1

    Səni qəm məni yadlar alacaq dedin axırki oldu

  • Deniz :
    Deniz : 6 gün əvvəl +1

    Sura mən səni bele bilməzdim)

  • Zəhra Eyvazlı
    Zəhra Eyvazlı 6 gün əvvəl +1

    sona qədər dinlədim🙁😑

  • Nigar Eylazlı
    Nigar Eylazlı 6 gün əvvəl

    İlk dəfədir ki bir Repin sözlərinin hamısını tək tək oxudum, 10dəqiqə olsa belə.. Hər sözdə ayrı bir hiss, tamam başqa qəlb qırıqlığı.. 💔 İnsanlar vəfasızdı, nankordu düzdü.. Ama kaş ki Senin kimi duyğunu öncə hiss edib sonra onu misralara notlara yazan insan, bir NANKORA görə getməzdi💔 İnşAllah ki sondakı Əlvidalar bizə yox, Suraya ünvanlanmışdır..

  • Pratik Adam
    Pratik Adam 6 gün əvvəl +1

    Sohbet sura iskenderliden gedir ????

  • Pratik Adam
    Pratik Adam 6 gün əvvəl +2

    Geden gelmir şair özümdən bilirem :#

  • Ulker Ibrahimova
    Ulker Ibrahimova 6 gün əvvəl

    Mükəmməlsən💜

  • Ruhiyye Eliesgerova
    Ruhiyye Eliesgerova 7 gün əvvəl

    Respect!!!!!

  • dinomsjsj
    dinomsjsj 7 gün əvvəl +1

    • Qucagla meni mohkem ,redd olub gedek burdan yoxsa anlamaz bizi bu olke :) . #22.☁️

  • MASK
    MASK 7 gün əvvəl +27

    Miri, buralardayıq, köhnə dost) ✌🏻

  • TheLastOne
    TheLastOne 7 gün əvvəl +2

    10 dəqiqəlik depresiya 💔😔

  • TheLastOne
    TheLastOne 7 gün əvvəl +1

    Sonuncu səhifəyə sonuncu gəl imzamızı ataq 😔 Allah ürəyinə görə versin qardaşım ! ❤ (

  • Arzu Aliyev
    Arzu Aliyev 7 gün əvvəl +1

    10 deyqelik lirika master

  • adam pusat
    adam pusat 7 gün əvvəl +2

    uzulme.seni eqosu ucun istifade eden dirnagarasi qadindan daha yaxsilarina layiqsen.))

  • Matan Qazanfarli
    Matan Qazanfarli 7 gün əvvəl

    SURA'ya yazilibmiw😔

  • Mourad Music
    Mourad Music 8 gün əvvəl

    :)

  • vaqif semedov
    vaqif semedov 8 gün əvvəl

    Bir müddət sonra öyrəşirsən, və sonra heçkimə öyrəşə bilmirsən..

  • nicat Hesenov
    nicat Hesenov 8 gün əvvəl

    52 mine layiq deyil amma ⚘

  • Cerkez Qasimov
    Cerkez Qasimov 8 gün əvvəl +2

    Bu Suranin goresen azaciq da olsa vicdani sizildadimi goresen? Ego cox bogub onu qinamiram)

  • omer memmedov
    omer memmedov 8 gün əvvəl

    Qeseng

  • Əşrəfova
    Əşrəfova 8 gün əvvəl

    möhtəşəm sadəcə

  • ?_minions awki_?
    ?_minions awki_? 8 gün əvvəl

    *Giw gununde cixan gun yayda yanvar kimiyik*

  • ?_minions awki_?
    ?_minions awki_? 8 gün əvvəl

    _Nifret edirem ozume nece bele mehv ola bilmiwem...📖🌈😏_

  • AYTAC EZİZOVA
    AYTAC EZİZOVA 8 gün əvvəl +2

    Deyesen özümde deyilem....🖇🖤

  • saintzezi
    saintzezi 8 gün əvvəl +2

    7:35 - niyə incidi Sura məndən :)

  • saintzezi
    saintzezi 8 gün əvvəl +1

    Sura 2018 - məni dərd alacaq səni yadlar..
    Miri 2019 - çatdın axır məqsədinə..səni qəm məni yadlar aldı..

  • abdurrahman Akucil
    abdurrahman Akucil 9 gün əvvəl

    haladır

  • Vurhan Turabov
    Vurhan Turabov 9 gün əvvəl

    Peçat⚫

  • Rap az
    Rap az 9 gün əvvəl +2

    " 4 fəsil öncə " trackində ilk 16 sətirin ilk həriflərindən SURA İSKƏNDƏRLİ adı ərsəyə gəlir...🍃 halaldı sənə şair..

  • Cavid Mirzezade
    Cavid Mirzezade 9 gün əvvəl

    4.51 saniyedeki Sura💔

  • Sebo Nunatov
    Sebo Nunatov 9 gün əvvəl +1

    Respect Şair ❤

  • Röya Hüssein
    Röya Hüssein 9 gün əvvəl

    Getmə şair eləmə belə qəlbimizi dağlama.

  • Nurlana Abasova
    Nurlana Abasova 9 gün əvvəl

    Həmişə ki kimi möhtəşəmsən ey Şair. Getməsən. Sən getsən kim yaralarımızı dindirəcək. Getmə Şair♥🍷

  • CaKo h_ov
    CaKo h_ov 9 gün əvvəl

    Panda bu treke 8 cu defedi qulag asurug

  • gm m
    gm m 9 gün əvvəl

    3:23 de sura ile mirinin shekli var) artiq emin oldum

  • Gecə Music
    Gecə Music 9 gün əvvəl +1

    badclaus da getdi repden 🎶😔

  • MƏLƏK üzlü
    MƏLƏK üzlü 9 gün əvvəl +1

    *_Möhdəşəmsən Şair_*
    *_Bircə qalan qəlbim idi onuda mənnən aldın axı_* 💔💔🥀

  • Ferhat Sakin
    Ferhat Sakin 9 gün əvvəl

    Türkiyeden dinleniyosun 😍😘😘

  • Tacir Sadıqov
    Tacir Sadıqov 10 gün əvvəl +1

    Track bitdi,paket də bitdi🚬

  • Ram Qaraxanov
    Ram Qaraxanov 10 gün əvvəl +2

    Sevgilər Və Hörmətlər .

  • Alibra Music
    Alibra Music 10 gün əvvəl +3

    Sən getsən əlbət yerinə biri gələr.
    Amma sən kimi birisi heç vaxt gəlməz.

  • Elkhan Slm
    Elkhan Slm 10 gün əvvəl

    3:38də başdıyırmış

  • Eden Qenberov
    Eden Qenberov 10 gün əvvəl +3

    Kövrəltdin şair. Daha yüksəklərdə görək səni. Sən bu işin USTADISAN!

  • ibrahim agayev
    ibrahim agayev 10 gün əvvəl

    10 il sonra da olsa II cildin ilk track’ini həmənki həyəcanla gözləyəcik Miri ✌🏿♥️

  • By murik Əlizadə
    By murik Əlizadə 10 gün əvvəl +3

    Getmə şair,ehtiyacımız var sənə...💔🍃😔

  • Əfra İsrafilli
    Əfra İsrafilli 10 gün əvvəl +1

    🖤🖤

  • Ekiw Ekiw
    Ekiw Ekiw 10 gün əvvəl

    Sözləri mütləq gəlsin

  • Zeynal Memmedov
    Zeynal Memmedov 10 gün əvvəl +1

    Və yenədə qaldığ keçmişdə həmişədə belə olacağ bəlkədə
    Barı sən buraxma bizi şair axarıncı işin olsun🖤💫

  • Fatima Mustafa
    Fatima Mustafa 10 gün əvvəl

    Nəyinki sevgidən dostdan da yaralıymış şair

  • İsa Xəlilzadə
    İsa Xəlilzadə 10 gün əvvəl

    - halal 💛

  • 5il
    5il 10 gün əvvəl +2

    Əhsən👍🏻 Mən belə bisey hec vaxt dinlememistim.🔥🔥

  • Senan Kerimli
    Senan Kerimli 10 gün əvvəl

    Ela👍

  • Orhan Bv
    Orhan Bv 10 gün əvvəl +1

    Gənclər . 10 dəqiqə ərzində beat durur bəzi yerlərdə . Yəni bu o deməkdir ki , həyatında baş verənləri özətləyib Miri. Amma ayrı-ayrılıqda. Sözlərin hamısını bir-birinə qatmayın.xronoloji ardıcılləğa fikir verin.
    .
    Miri , bəziləri atıb getdi səni xırda həvəsə görə
    Biz şairimizi qoyub getmərik , incə bir səsə görə ❤

  • Narmin
    Narmin 10 gün əvvəl

    Başqasının o birsi,bu birsi qızı üçün üzmezdim seni🦋

  • Narmin
    Narmin 10 gün əvvəl

    10 deq icersinde butun heyatin

  • BozKurt 13
    BozKurt 13 10 gün əvvəl +1

    Möhtəşəm!!

  • hhhjjj baku
    hhhjjj baku 11 gün əvvəl

    Seni en yaxsi men yaxsi basa dusdum. İnamirsan birdaha oxu 😞

  • Qamzelim Qamzelim
    Qamzelim Qamzelim 11 gün əvvəl

    Bu adam səsiylə 😀aparir

  • Turan Ceferov
    Turan Ceferov 11 gün əvvəl

    Möhtəşəm

  • sureyya ceferova
    sureyya ceferova 11 gün əvvəl

    bu adami niye bunlari yazmaga mecbur qoymusan Sura?

  • deniz deniz
    deniz deniz 11 gün əvvəl

    Geriye bir heyf qalir...