Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ - Onların Zeynalabdin Tağıyevə nə borcu var idi?

Paylaşın
Daxil et
  • Tarixində dərc edildi 8 İyn 2019
  • Ölkəmizin Pakistanla münasibətlərinin tarixi qədimlərə dayanır. Pakistanın Multan şəhərindən olan tacirlər İpək yolunun üstündə yerləşən Bakıya gələr, aylarla burda qalar, ticarət edər, ya yollarına davam edər, ya da geri öz ölkələrinə dönərdilər. Təqribən, 5 əsr bundan öncə Bakı xanları məhz Pakistandan gələn tacirlər üçün Multan karvansarasını inşa etdirir. Beləcə, pakistanlı tacirlər xalqımızın qonaqpərvərliyini bir daha anlayır və təqdir edir. Hələ də Multan tacirlərinin adını daşıyan bu karvansara hazırda İçərişəhər Milli Qoruğunda yerləşir və mədəni-tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən qorunur. Bu, Pakistan-Azərbaycan dostluğunun tarixə keçən bir epizodudur. Təbii ki, iki xalqın bir-birinə olan xeyirxah münasibəti rəsmi və yazılı mənbələrdən uzaqda da mövcud idi, kim bilir, bəlkə daha da isti idi?!

    Ötən əsrin əvvəllərində Pakistan Böyük Britaniyanın müstəmləkəsi idi. Bir dəfə əhali arasında kütləvi şəkildə epidemiya yayılır. Xəstəlik səbəbilə 100 mindən çox insan dünyasını dəyişir. Ən böyük çətinlik isə xəstəliyin qarşısını almaq üçün dərman və preparatların çatışmazlığı olur. Pakistan xalqının belə ağır bir günündə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq indiki Pakistan dövlətinin ərazisinə göndərib. Və bu vaksinlərin köməyilə epidemiyanın qarşını almaq, yüz minlərlə insanın həyatını xilas etmək mümkün olur. Hacı Zeynalabdin Tağıyev, sadəcə, yardımla kifayətlənmir, eyni zamanda, problemi dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu da öz növbəsində digər imkanlı, xeyirxah insanların və beynəlxalq təşkilatların problemlə ciddi məşğul olmalarına səbəb olub. Beləliklə də, Pakistan xalqı məhv olaraq yer üzündən silinmək təhlükəsini dəf edə bilib.

    O gündən-bu günə bütün Pakistan uşaqları Azərbaycanı özlərinə doğma bilir, xilaskar ölkə kimi tanıyır. Nəinki, Hacı Zeynalabdin Tağıyevin xeyirxahlığını unutmur, onun vətəninə olan sevgilərini bəyan etməkdən də çəkinmirlər. Tarixi əsrlər öncəsinə dayanan dostluğun nəticəsi idi ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə oldu. Həmçinin, Pakistan indiyə qədər Ermənistanı dövlət kimi tanımır.
    Tağıyevdən miras qalan xeyriyyəçilik ənənələri bu gün də qorunub saxlanılır. 2007-ci ildə Pakistanda baş verən zəlzələ zamanı Pakistan Azərbaycandan böyük yardım aldı. Hətta, zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan qırx həkim, xeyli dərman, tibbi avadanlıq və təlim keçmiş xilasedici dəstə Pakistana göndərildi. Eyni zamanda, Pakistana 1,5 milyon dollar həcmində maddi yardım ayrıldı. Heydər Əliyev Fondu da dost ölkədəki təbii fəlakətə diqqətsiz qalmadı. Fond Müzəffərabad şəhərinin Rara qəsəbəsində orta məktəb tikdirdi. 2008-ci il fevralın 9-da Heydər Əliyev Fondunun tikdirdiyi məktəb şagirdlərin ixtiyarına verildi.
    İki ölkə arasındakı dost münasibətin daha bir simvolu da 2 markadan ibarət poçt blokunun dövriyyəyə buraxılmasıdır. 27 dekabr 2018-ci ildə tədavülə buraxılan poçt markalarının üzərində Bakı şəhərindəki Heydər məscidi və Pakistanın Lahor şəhərində yerləşən Vəzir Xan məscidi təsvir edilib. Poçt blokunda, eyni zamanda, müvafiq olaraq Azərbaycanın və Pakistanın dövlət bayraqları əks olunub.
    (dorduncu) Atalar deyir ki, balığa yaxşılıq et at əryaya balıq bilməsə də xaliq biləcək. Zeynalabdin Tağıyev bu xeyriyəçiliyi edərkən nə vaxtsa Pakistanın bizi dəstəkləsin deyə etməmişdi. İnsanlıq üçün, inandığı müqəddəs dəyərlər üçün etmişdi.
    Demək ki, yaxşılıq itmir. Elə maddə kimi. Bir haldan başqa bir hala dəyişir. Çalışın yaxşılıq edin, inanın ki, hər şey çox gözəl olacaq!
  • Elm & TexnologiyaElm & Texnologiya

Şərh • 507

  • M .hadi
    M .hadi 7 gün əvvəl

    🇵🇰💚❤🇦🇿 love from pakistan

  • Yasir Zafar
    Yasir Zafar 20 gün əvvəl

    Love from pakistan our brothers..
    ❤❤❤❤❤🇵🇰❤🇹🇷❤🇦🇿❤❤❤❤

  • MURAD MİKAYILOV
    MURAD MİKAYILOV Ay əvvəl

    Mən Buna Baxanda Ağlayıram!!!!!😟😟😞😞😭😭

  • Shahir Yusifov
    Shahir Yusifov Ay əvvəl

    İndiki. Pizdesmenlər Tağıyevin. Ayağına. Su. Tökməyə. Layiq. Deyillər

  • Kamil Memmedov
    Kamil Memmedov Ay əvvəl

    Gönderim yaşardı bu sözleri esitdiyime

  • Kamil Memmedov
    Kamil Memmedov Ay əvvəl

    Sagolsunki bunude bildiy bilmirdim şəxsən bu haqda bildiy haci Zeynalabdin Tağıyevin kim olduğunu Demedi demeye tessekkurumu bildirirem

  • Serkan Elizade
    Serkan Elizade Ay əvvəl +3

    Cox sagolun. Deyerli mrlumatlara gore👍👍

  • Ceyhun Azimov
    Ceyhun Azimov Ay əvvəl

    Йегин яхшы кечииллер о дерслери орда

  • Ceyhun Azimov
    Ceyhun Azimov Ay əvvəl +1

    Валлахи мен белке 100 пакистанлыдан сорушмушам таныян олмайыб. Хамы дейир озбекистанды небилим казахстанды.

  • Sebine A
    Sebine A Ay əvvəl +1

    Bu esirinde Zeynalebdin tağyevi Mübariz Mensimov allah can saqlıqı versin

  • Raşida Özel
    Raşida Özel Ay əvvəl +1

    Tarihin iç üzünü açıb bize gösterdikce baxıramki Azerbaycan devleti bir cox devletlere böyük yardımlar edibler,Turkiyeye,Irana,Pakistan,Ermenistan,Gürçüstan,Rusiya başı batmısa helede yardım edir.Yardımlaşmag gözel seydir,ama ilk önçe bir devlet öz vetendaşlarının halına bir baxsın,açından ölüb dede babalarımız,indi genclerimizin hali goz onunde.Türkiyeye bir baxın neler edir milletine,xestexanalar havayı, rak xesteliyin bele pulsuz mualice edir vetendasina,usaq pulu,gocalıg pulu bol bol,o geder sey varki saymalı,orda yasayıram gorurem,insanlar keyfine yasayır buna ragmen Erdoganı coxu sevmirki pulumuzu ogurlayırlar.Bizim milletin qarnı aç,üst başı çır çındır içinde,fahiselik bas alıb gedir ,insanlar bunlara ragmen susur hec ne teleb elemir.Qoyun kimi yaşamak ,qoyun kimi ölmek ne MUTLU AZERBAYCANLİYAM DEYENE.

  • Azer Eliyev
    Azer Eliyev Ay əvvəl +1

    90 cilerde Qarabağ döyüşündə Pakistandan könüllü döyüşçü ler gəlmişdilər Bizim Rayonda gəlib hərbi düşərgədə qalırdılar canlarından keçirdilər onda bildiyki Pakistan bizə dostur

  • Абдулла Абдулла

    Yaziq Pakistan camaati! Indi basa dusdum ki, bunlarin sayi niye suretle azalmaqdadi. Hele yaxsi ki, cemi 40 hekim gedib.

  • MuxammedAli Sultanov
    MuxammedAli Sultanov Ay əvvəl +1

    👍👍👍👍✊✊👏👏

  • Rsl Slr
    Rsl Slr 2 ay əvvəl

    Hacının Pakistana etdiyi yardımın tarixi mənbəsini yazın .bilən varsa yazsın,

  • Qonca Cabrayilova
    Qonca Cabrayilova 2 ay əvvəl +1

    Ağıllı balamdan ağıllı xəbərlər

  • Taghi Hajizade
    Taghi Hajizade 2 ay əvvəl +1

    Azərbaycanla Pakistan arasındakı dostluğa aid məqalənizə görə təşəkkür edirəm. ALLAH Hacı Zeynalabdinə rəhmət eləsin. Məqalənizə aid kiçik bir qeydim vardır: -" balığa yaxşılıq edib dərəyə deyil, dənizə at" deyilməlidir.

  • Intel Mobil
    Intel Mobil 3 ay əvvəl +1

    Kaski Tagiyev kimi qeyretli oglanlarimiz çox olaydi Allah mekanini cennet etsin insallah

  • Руслан Авинов
    Руслан Авинов 3 ay əvvəl +1

    bizim bir arzumuz var oda isxal olmus torpaqlarmizdi ona gore ki gelecek azeri nesillere oturmekdi biz hec vaxt kiminse qarsisinda meyus olmamisiq ve olmayacayiq biz merdik hemisse🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • Rizvan Bagirli
    Rizvan Bagirli 3 ay əvvəl +1

    🇦🇿🇵🇰👍👍

  • Zamin Eliyev
    Zamin Eliyev 3 ay əvvəl +1

    Allah hacı Zeynalabdin Tağıyevdə olan qeyrəti indiki milyonçular da 1qram olsa Azərbaycan respublikası dünyada 1ci olar xalq yaxşı yaşayar

  • roma uk
    roma uk 3 ay əvvəl

    Xeyir Pakistan birinci taniyib Turkye üçün idi

  • Рахман Мирзоев

    ✊👏

  • Akif Huseynov
    Akif Huseynov 3 ay əvvəl

    Alah Zeynalbdin Tagiyevə qəni qəni rehmet etsin milletini sevən bir kişi olub

  • Sofia Bellucci
    Sofia Bellucci 3 ay əvvəl

    Hər şey bir yana amma gözləriniz gözəl mavi-mavi💙💙💙

  • Асиф
    Асиф 3 ay əvvəl

    Haci zeynelebdin tagiyeva allah rehmet elasin

  • vetensusa
    vetensusa 3 ay əvvəl +1

    ALLAH BAŞLARİN UCA ETSİN.MƏN ƏRƏBSTANDA ONIARLA İŞLƏDİM. ONLAR COX DEYİRDİLƏR CAN CAN AZƏRBAYCAN.

  • Jalal Babayev
    Jalal Babayev 3 ay əvvəl +1

    🇦🇿❤️🇵🇰❤️

  • Oğuz Khagan
    Oğuz Khagan 3 ay əvvəl +1

    Azerbaycan ve pakistan tarih boyu qardaş olub ..onlarda türkdür özu qani türk olan Babur xanin neveleridi.tarih boyu bir yerde düşmana qarşi vuruşmuşuk..selcuklu zamaninda qara goyunlu sefevi avşarlar zamanindada bir olmuşuk.sadece onlar dilleri urdu dilidir ama kök olarak türk köklü halqdir pakistanlilar

  • Cavad Alizade
    Cavad Alizade 3 ay əvvəl

    BIZIM GELECEY NESIL HELE HACI ZEYNELLABIDIN TAGIYEVI TANIMIR.BIR KITABDA ONUN HAWQINDA YAZILMIR.AMA PAKISTAN BUNU EDIB HALAL OLSUN PAKISTANA .BIZIMKILERE ISE SOZ YOXDU...

  • сав ва
    сав ва 3 ay əvvəl

    Goresen pakistanlilar bizi neye gore cox isteyirler? Bunun sebebi nedir bele? Durdugumuz yerde, pakistanlilar deyirler ki biz siz cox isteyirik? Bizim de bu istekden hec xeberimiz yoxdur bele.... Haradandi bu istek? Nece yaranib bu istek? Hec neye fikir vermirik ki, gorek bizi isteyen, seven var, yoxsa yox... Bu istek, bu sevgi hagginda niye bize indi xeber verirsiz? Bunu bir az tez deye bilmezdinizmi? Pakistanlilar bizi cox isteyirler, bizi sevirler, bizim de xeberimiz yoxdur.... Bu xeber cox boyuk bir xosbextlikdir bizim ucun!!! Gorun biz ne geder yaxsi milletikse, bizim xeberimiz olmadan, 2250 km uzag bir mesafeden bizi sevirler!!! Onlar bizi virtual olarag da sevirler. Cox xosbext bir milletik!!! Bizi daha hansi olkeler sevirler? Mene ele gelir ki, yer uzunde ne geder dovletler varsa hamsi da bizi sevirler. Adice olarag, bize garsi olan sevgilerini, bizim ozumuze demeye utanirlar, cekinirler. Ya Hebib.....

  • Kamiil Qafarov
    Kamiil Qafarov 3 ay əvvəl

    МЕН ШЕХСЕН ПРИЗИДЕНТИМИЗ ИЛХАМ ЕЛИЙЕВЕ ИНАНЫРАМ . ИНАНЫРАМ КИ О ГАРАБАГЫ ЕРМЕНИ ДЫГАЛАРЫНДАН АЛАЧАГ . О ГЮНЕ АЗ ГАЛЫБ . БИРДЕ ГАРДАШЛАР ЙАЗАНДА БАХУН ГЁРЮН НЕ ЯЗЫРСЫЗ . БУРДА ТЮРКЛЕРИ ТЕХГИР ЕЛИЯНЛЕР , БИЛИН КИ БЕШ ОН АХМАГА ГЁРЕ ХАЛГЫ ТЕХГИР ЕЛЕМЕЙ ОЛМАЗ . ОНЛАР БИЗИМ ЧАН , ГАН , ДИЛ , ВЕ ДИН ГАРДАШЛАРЫМЫЗДЫ . ПЕЙГЕМБЕРИМИЗ НЕ ДЕЙИБ ? ДЕЙИБ КИ МУСУЛМАН , МУСУЛМАНЫН ГАРДАШЫДЫР . АЛЛАХ БЮТЮН МУСУЛМАНЛАРЫ ГОРУСУН АМИН АМИН АМИН .

  • Azerbaycan Türkü
    Azerbaycan Türkü 3 ay əvvəl

    Hər şey əladı ama Pakistana həkim göndərməy biraz.....Bizim həkimlr zəlzəldən sağ çıxanlarıda öldürərlər

  • Хабил Гасанов

    Пакистан бизим гардаш девлетидир ,ешг олсун Пакистан гардашларымыза

  • Aslan Haciyev
    Aslan Haciyev 3 ay əvvəl

    Allah o kiwinin rushing wad elesin. ancaq layiq deyilsiz o wexsiyyetin adini cekmekde. gorduk Zeynalabdin tagiyevin nevesi nece yawayirdi Azerbaycanda

  • Fuad Hesenov
    Fuad Hesenov 3 ay əvvəl

    Sevindim bu videyoya pakistan dogurdanda qardasdi

  • Ruslan Hashımov
    Ruslan Hashımov 3 ay əvvəl

    Yaşasın Qardaşlıq, Yaşasın Dostluq, Yaşasın Sülh ve Eminamanlıq...

  • arif velibeyli
    arif velibeyli 3 ay əvvəl

    Millet deyilik ki, dag boyda kisiye bir heykelde ucaltmamisig

  • Rufer Quliyev
    Rufer Quliyev 3 ay əvvəl

    Azerbaycan milleti kimi qonaq perver millet yoxdu

  • Cavdi Aliyev
    Cavdi Aliyev 3 ay əvvəl

    Qardaşım halal olsun sənə uğurla davam et

  • Zaur Quliyev
    Zaur Quliyev 3 ay əvvəl

    Pakistan Azərbaycan Türkiyə

  • Zaur Ragimov
    Zaur Ragimov 3 ay əvvəl

    Hacinin davamcisi Mubariz var Hacini Allah rehmet etsin Mubarizede omur versin 👍👍👍👍

  • Cavansir Kazimov
    Cavansir Kazimov 3 ay əvvəl +1

    Pakistan hec bilmir Azerbaycan harda yerlesir. Bu qeder sadelov olmayin.

  • Ks Fish
    Ks Fish 3 ay əvvəl

    Аллах рехмет елесин милийончу бабайа, меканы ченнет олсун, халгымызын гейретли оглу.

  • Nargiz Xanım
    Nargiz Xanım 3 ay əvvəl

    Pakistan Tağıyevin heykelini ucaltmalıdır

  • Ilgar Rahimov
    Ilgar Rahimov 3 ay əvvəl

    Men bir weyi bawa duwmedim. Pakistan dovlet olaraq 1946 ci ilden movcuddur. O dovre qeder pakistan ve hindistan ingilterenin mustemlekesi idi..

  • Муталиб Гулиев

    Sona kimi oxuyun zəhmət olmasa, həqiqəti bilmək üçün. Pakistanın Azərbaycan sevgisi, 16-cı əsrin əvvəllərində Rəhmətlik Şah İsmayılın sayəsində yaranıb. Şah İsmail özbək imperatoru, Şeybanı xanı məğlub etdikdən sonra, Şeybanının əsirliyində olan əsirləri azad edir. Bu əsirlər arasında Babur (Pakistan) imperatorluğunun qurucusu, Babur şahın qızı və bacısı da olur. Şah İsmail, Babur şahın qızını və bacısını əsgərlərinin qoruması altında Babura göndərir. Üstündən 400 ilə yaxın vaxt keçdikdən sonra isə, davamı rəhmətlik Hacı Zeynalabidin Tağıyev tərəfindən gəlib. Allah həm Şahımıza, həm də Tagıyevimizə qəni-qəni rəhmət eləsin! Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Pakistan idi, sonra Türkiyə.

  • Али Ализада
    Али Ализада 3 ay əvvəl

    Allah bizi mehriban etsin

  • Durasan Seyidov
    Durasan Seyidov 3 ay əvvəl

    Yaşasin Pakistan. Çox sagol maraqli məlumat idi

  • Turk oglu
    Turk oglu 3 ay əvvəl

    Азербайджан и Пакистан братья на веки!!!

  • Turk oglu
    Turk oglu 3 ay əvvəl

    Teşekkürler olsun Pakistan xalqina,bize destek ,ve bizim yanimizda olduglarina göre.Yaşa ,yaşa Pakistan!!!!

  • Turk oglu
    Turk oglu 3 ay əvvəl

    Yaşasin Azerbaycan ve Pakistan qardaşligi!!!!

  • Özkan Öztas
    Özkan Öztas 3 ay əvvəl

    Pakistan tüm türklere dosttur, türkiyeninde her zaman, her konuda yanında olmuştur..türklerin gerçek dostudur..

  • Ahmedov Rafael
    Ahmedov Rafael 3 ay əvvəl

    Yadinizdan cixarmiyinki buz rus herbi hisselerini cixaranda, ermeniler ise eksine eledi.Bunu yaddan cixarmayin!! Bunun neticesinde Garabag getdi.

  • Гордая Гора
    Гордая Гора 3 ay əvvəl +1

    turkler qarabaqi geriye ala bilmedi ! indi de deyesen pakistan alacaq! 30 ilden sonra.!!!! bow boqazlar.

  • Ghb Jgj
    Ghb Jgj 3 ay əvvəl

    Çox sağ ol əziz qardaşım.Gözəl, dəyərli məlumatıydı.

  • Biderman 123
    Biderman 123 3 ay əvvəl

    🇹🇷❤🇦🇿❤🇵🇰

  • manambenim manambenim
    manambenim manambenim 3 ay əvvəl

    Pakistan Azәrbaycanın can dostudur, qardaşı deyildir, Azәrbaycan'a qardaş olan ölkәlәr, Azәrbaycan ilә dildaş, soydaş, qandaş ölkәlәrdir yәni Türkiyә, Türkmәnistan, Özbәkistan vә müstәqil olmayan Doğu Türküstandakı Uyğur Türklәri, Gagavuz Türklәri vә Qırımtatar Türklәridir (Oğuz vә Qarluq Türklәri) ondan sonra isә Qıpçaq Türklәri (Tatarlar, Başqurdlar, Qazaxlar vә Qırğızlar) vә sonrasında isә Macarlar. Çox sağolun.

  • Maraqlı dünya Maraqlı dünya

    Allah hər iki dövləti və xalqı qorusun AMİN

  • Maraqlı dünya Maraqlı dünya

    Pakistan 😎